Həmyerlimiz Rusiyada baş nazirin müavini təyin edildi

25 Yanvar 2017 13:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, soydaşımız Başqırdıstan Respublikasında sənaye, innovasiya proseslərinə, İT-texnologiyalara nəzarət edəcək.

Qeyd edək ki, Fərhad Astan oğlu Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib.

Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb. 1994-1998- ci illərdə “Eksimer” Elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan “Kaustik” QSC-yə, “Soda” ASC-yə rəhbərlik edib.

Rusiya Federasiyasının fəxri kimyaçısı olan Fərhad Səmədov Baş nazirin müavini təyin edilənə qədər “Birləşmiş neftkimya şirkəti”nin prezidenti olub.