Özünü körpüdən atan qadın barədə - Təfərrüatlar

25 Yanvar 2017 14:04 (UTC+04:00)

Lent.az xəbər verir ki, Mərdəkan körpüsünün yaxınlığında ölən qadının 1970-ci il təvəllüdlü Məmmədova Sevda Tofiq qızı olması bəlli olub.

Əvvəlcə yol qəzası zamanı öldüyü ehtimal edilən qadının intihar etdiyi üzə çıxıb.

Bildirilir ki, 47 yaşlı S.Məmmədova Mərdəkan qəsəbə sakinidir və yanvarın 24-nə keçən gecə evi tərk edərək Mərdəkan körpüsü istiqamətinə gəlib və özünü yol ötürücüsünün üstündən ataraq intihar edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az