Bunu "APA-Economics"ə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.
"Aviareys başqa bələdçilərlə yerinə yetiriləcək", - deyə o bildirib.
O əlavə edib ki, aviareysin sərnişinləri otellərdə yerləşdiriliblər.
"O ki qaldı London polis tərəfindən saxlanılan bələdçilərə, onlar barəsində araşdırma davam edir. Vəziyyət tamamilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzarətindədir", - deyə AZAL rəsmisi qeyd edib.
AzNews.az