Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında qanuna dəyişiklik edildi

25 Yanvar 2017 18:54 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 575; 2008, № 7, maddə 602) 2-ci maddəsində “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara” sözləri “3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə” sözləri ilə əvəz edilib.