Bakıda yol polisi piyadalara görə ciddi tədbirlərə başladı

25 Yanvar 2017 19:14 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki,Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, piyadaların avtomobillərlə vurulması çox ciddi narahatlıq doğurur:

“2016-cı ildə piyadaların avtomobillərlə vurulması ümumi yol-nəqliyyat hadisələrinin təxminən 60 faizini təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur. Eyni zamanda, 2017-ci il ərzində Azərbaycanda böyük idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur və ölkəmizə çoxsaylı qonaqların gəlməsi gözlənilir. Onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görüləcək. Həmçinin, piyadalar arasında nizam-intizamı yüksəltməyə çalışacağıq. Piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlamışıq”.

V.Əsədov qeyd edib ki, yeraltı və yerüstü piyada keçidlərində yol polisi əməkdaşları xidmətini ciddi şəkildə davam etdirir, piyadalara təyin olunan cərimələrin ödənilməsi ilə bağlı materiallar artıq məhkəmələrə və aidiyyatı üzrə icra məmurlarına göndərilir.

Bölmə rəisi əlavə edib ki, bu tədbirlər piyadaların avtomobillərlə vurulması hallarının azaldılması məqsədi daşıyır.

.