Reynaldo Türkiyəyə gedir - Qurban Qurbanov açıqladı

25 Yanvar 2017 21:17 (UTC+04:00)

AzNews.az newsport.az-a istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov danışıqların yekunlaşmaq üzrə olduğunu deyib:

"Bir neçə klub Reynaldoyla maraqlanmışdı. Amma "Adanaspor"la razılığa gəldik. Sabah agenti İstanbula gələcək və danışıqlar aparacaq. Əgər müsbət yekunlaşsa, Reynaldo sabah tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq".