Bakı sakini evini kirayə verdiyi gəncin üstünə benzin töküb yandırdı

25 Yanvar 2017 21:23 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, "Nigar" şadlıq sarayının arxasındakı evlərdən birində qeydə alınıb.

Belə ki, ev sahibi həm evin içərisinə, həm də kirayənişin üzərinə benzin tökərək yandırıb.

Nəticədə 23 yaşlı kirayənişin Ramin İsmayılov ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.