AZAL-ın yubanan reysi Londondan Bakıya yola düşdü

25 Yanvar 2017 21:44 (UTC+04:00)

Bu barədə Trend-ə AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib.

Xatırladaq ki, ötən gün AZAL tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.

Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.

Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.

AzNews.az