Tıxaclardan bezən milyarder özü üçün şəhərin altına tunel çəkdirir - Şok açıqlama

25 Yanvar 2017 22:08 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda Tvitter hesabında yazıb:

“Tıxac məni dəli edir. Bu səbəbdən tunel qazan maşın düzəldib, yeri qazmağa başlayacam. ”

Traffic is driving me nuts. Am going to build a tunnel boring machine and just start digging...

— Elon Musk (@elonmusk) December 17, 2016

Mask tunel layihəsini «The Boring Company»,yəni maraqsız şirkət adlandırıb. Bir çox istifadəçilər bunu zarafat kimi qəbul etsə də, SpaceX-in sahibi sonrakı tvitində bunu təstiq edib:

“Tunel məsələsində möhtəşəm proses gedir. Bir aya qazmağa başlayacam.”

Exciting progress on the tunnel front. Plan to start digging in a month or so.

— Elon Musk (@elonmusk) January 25, 2017

Tunelin bir çıxışı Los-Ancelesdə SpaceX-in ofisinə çıxacaq. Tunel vasitəsilə aeroporta 5 dəqiqəyə çatmaq ümükün olacaq. Ola bilsin ki, tunelin digər çıxışı Teslanın ofisinə çıxacaq. Bu isə təxminən 500 km edir.