Gəncədə ev yandı - 55 yaşlı kişi yanaraq öldü

26 Yanvar 2017 08:47 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.