“Ətrafda söhbət etməyə adam qalmayıb”- Dəyanət Rzayev

26 Yanvar 2017 10:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Əməkdar artıst Lalə Məmmədova psixoloq Dəyanət Rzayevin intiharına münasibət bildirərkən qeyd edib. Müğənni çəkilişdən sonra onunla xeyli söhbət etdiyi bildirib:

“Ailəsindən ayrıldığını, uşaqları ilə mütəmadi görüşdüyünü, ciddi pəhriz saxladığını və bir səyahətə üstünlük verdiyini dedi. Hamıya çətin vəziyyətdə məsləhət verən insanın özünün məsləhətə ehtiyacı vardı. Bunu onun gözlərindən açıq-aydın oxumaq olurdu. Sağollaşanda vizitkasını uzadıb "sizi çay içməyə dəvət edirəm, son vaxtlar ətrafda söhbət etməyə adam da qalmayıb”-dedi.

Təşəkkür etdim, dedim ki, qismət olsa oturub çay içib söhbət edərik.”

Lalə Məmmədova Dəyanət Rzayevin intiharından sarsıldığını vurğulayıb: “İntihar xəbəri gün ərzində aldığım bütün pozitivin üstündən xətt çəkdi, hətta vicdan əzabını artırdı. Axı onun söhbətə, məsləhətə ehtiyacı vardı. Bəlkə də biz insanlar öyrəşməmişik psixoloqa "dərd dağarcığı" kimi baxmağa. Biz onlara problemlərimizlə müraciət edərkən heç düşünmədik ki, onlar öz şəxsi problemlərini necə həll edirlər? Ya onlar bizim kimi insan deyillər? Demək onlar nəinki bizim kimi, bizdən də həssas və zəifdirlər.”

Bahar RÜSTƏMLİ

AzNews.az