Psixoloqların intihar faktları - Dəyanət Rzayev ilk deyil

26 Yanvar 2017 10:36 (UTC+04:00)

Buna görə Modern.az üçün kiçik bir araşdırma apardım və nəticə. Psixoloqlar da intihar edirmiş, Dəyanət ilk deyil.

Məsələn, 2016 - cı il aprelin 14-də Türkiyədə tanınmış uzman psixoloq Tülay Gülən İstanbul Kadıköydəki “Mədəniyyət evi”nin ikinci mərtəbəsindən özünü ataraq intihar edib. İnriharın səbəbi isə psixoloqun depresiyaya girməsi olub. Tulay Gülən övladlıq olduöunu öyrənib. Bir ailənin yeddinci övladı olan psixoloq varlı ailəyə övladlığa verilir. Uzun illər sonra bunu öyrənən Tülay əsl ailəsini tapır. Amma ailə durmadan yeni qovuşduqları qızlarından pul istəyir. Sevgisizlik psixoloqu depressiya halına gətirir və o, intihar edir.


2017 ci il. Yanvar ayının 7-si. Türkiyənin Mersin şəhərində Ailə və Sosial Politikalar Bakanlığının bürosunda çalışan 45 yaşlı psixoloq Hasan Cevdet evinin balkonunda özünü asaraq intihar edib. Hələ ki, intiharın səbəbi bəlli deyil.

Türkiyənin Eskişehir Yunus Əmrə Dövlət Xəstəxanasının Ruh Sağlığı və Xəstəlikləri bölümünün psixoloqu Məhmət Ümran də evində intihar edib. Polis psixoloqun özünə aid silahla qarnına atəş açaraq, intihar etdiyini açıqlayıb. Psixoloq ölmədən öncə məktub buraxıb. Məktubda “ölümümdən kimsə sorumlu deyil” yazılıb. Hadisə 4 ay əvvəl olub.

AzNews.az