5 rəis təyinatı - Nazir əmr verdi

26 Yanvar 2017 11:23 (UTC+04:00)

Bu barədə AzNews.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Quliyev Ramiz Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin, Ramiz Məmmədov Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin, Sənan Hacıyev Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin, İlyas Hacıyev Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin, Rza Quliyev Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunublar.

AzNews.az