Səyyar "ASAN qatar" vətəndaşlara xidmət göstərəcək

26 Yanvar 2017 11:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, səyyar "ASAN qatar"ın təqdimatı zamanı bildirilib ki, qatar növbəli qaydada ölkənin bütün istiqamətlərində hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və fəaliyyət göstərəcək.

Məlumata görə, fevralın 1-dən ilk olaraq səyyar "ASAN qatar" Qazaxda vətəndaşlara 15 gün ərzində səyyar formada xidmət göstərəcək. Xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunacaq. Qatarda funksional yardımçı xidmətlər də təşkil olunub.

Səyyar "ASAN qatar" gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.