Dəyanət Rzayev Azərbaycan millisinin psixoloqu olub - Futbol üzrə

26 Yanvar 2017 12:20 (UTC+04:00)

Bu barədə "Report"a mərhumun əmisi məlumat verib.

Onun sözlərinə görə, D.Rzayev milli komandanın formalaşdığı vaxtlardan 2001-ci ilədək yığmanın üzvlərinə psixoloji yardım göstərib. Xüsusən, 1990-cı illərin sonlarından futbolçular dünya və Avropa çempionatlarının seçmə qrup oyunlarına daha yaxşı hazırlaşmaları üçün tanınmış psixoloqun köməyindən yararlanıblar.

Qeyd edək ki, Dəyanət Rzayev yanvarın 25-də axşam saatlarında Yasamal rayonu Rza Muxtarov küçəsi, 185 ünvanında yaşadığı evdə kəmərlə özünü asıb.

AzNews.az