30 il ac qalan tısbağa

28 Yanvar 2013 14:05 (UTC+04:00)


33 yaşı olan tısbağa 3 yaşında olarkən itkin düşüb və ailə yaşadığı evdən köçərkən onu istifadəsiz qalan bir anbardan tapıb.

Ailə üzvlərinin sözlərinə görə, onlar yaşadıqları evdən köçməklə bağlı tədarük görərkən orada nəyin qalıb-qalmamasını öyrənmək üçün anbara daxil olublar.

"Manuela 30 il əvvəl biz bu evi təmir edərkən itmişdi. O vaxt onu qədər axtarsaq da tapa bilməmişdik. Biz elə bilirdik ki, yəqin ki, təmirdəki toz-torpaqda yaşaya bilməyən tısbağa evi tərk edib. Təsadüf nəticəsində köhnə qurğuların, istifadəsiz kitabların saxlandığı anbara daxi olarkən onu orada tapanda gözlərimə inanmadım. Öncə elə bildim ki o ölüdür,ancaq əlimə alandan sonra Manuel tərpənməyə başladı. Biz ailəlikcə şokda idik. Çünki Manuel möcüzə nəticəsində 30 il ac və susuz sağ qalmışdı",-deyə ailə üzvlərindən biri jurnalistlərə müsahibəsində deyib.

AzNews.az