Nazir işdən çıxardığı “Beko Rəşad”ı yeni vəzifəyə təyin etdi

26 Yanvar 2017 12:35 (UTC+04:00)

AzNews.az-ın Avtosfer.az-a istinadən məlumatına görə, bir neçə gün öncə Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində komandir vəzifəsindən azad edilən Rəşad Nağıyev artıq yeni vəzifəyə təyin edilib. Amma bu dəfə yol-patrul xidmətinə yox, post-patrul xidmətinə təyinat alıb.

Məlumata görə, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Rəşad Nağıyev bundan sonra Xəzər rayon Polis İdarəsinin post-patrul xidmətində işləyəcək.