Ağrıkəsici dərmandan şoka düşərək öldü

26 Yanvar 2017 13:33 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Totanlı küçəsində yaşayan, 1949-cu il təvəllüdlü Xanlar Kərimov səhhəti ilə bağlı ağrıkəsici dərman qəbul edib, bundan sonra onun halı pisləşib.

Yaxınları dərhal onu xəstəxanaya çatdırsalar da, X. Kərimov orada vəfat edib.

Onun astma xəstəliyindən əziyyət çəkdiyi, ağrıkəsicinin şok yaradaraq ölümə səbəb olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.