“Deyirdilər oğurluqdu, biz də alırdıq” - Akkumuliyator oğruları saxlanıldı

26 Yanvar 2017 15:48 (UTC+04:00)

ARB TV xəbər verir ki, nəticədə bu cinayətləri törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakinləri – Vadim Məmmədov, Nicat Heydərov və Nurlan Əbilov saxlanılaraq məsuliyyətə cəlb ediliblər: "Satıb pulunu da xərcləmişik"

İlkin ifadələri zamanı dəstə üzvləri Sumqayıt şəhəri və ətraf ərazilərdən 10-dan artıq yük avtomobilinin akkumulyatorunu oğurladıqlarını etiraf ediblər.

Sumqayıt ŞPİ əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq, oğurluq akkumulyatorları alan metal qəbulu məntəqələrinin sahibləri də müəyyən edilərək məsuliyyətə cəlb ediliblər: "Deyirdilər ki, oğurluqdu, biz də alırdıq".

Qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

AzNews.az