Avtomobil traktora çırpıldı - 3 nəfər xəsarət aldı

26 Yanvar 2017 16:49 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Böyük Qışlaq kəndinə gedən yolun Quşçu kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ 21099” markalı avtomobilin traktora çırpılması nəticəsində avtomobildə 3 nəfər - Əsrik kənd sakinləri, 1968-ci il təvəllüdlü Şəhla Tağıyeva, onun oğlu 1990-cı il təvəllüdlü Elnur Tağıyev və 1992-ci il təvəllüdlü Rasim Rüstəmov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

AzNews.az