“Köçkünlərin evlərinə gedirdik, pəncərəni açıq qoyurdular” - Hadı Rəcəbli

26 Yanvar 2017 17:00 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sözügedən komitənin iclasında ölkə başçısının məcburi köçkünlərlə bağlı verdiyi sərəncama münasibət bildirərkən deyib. O qeyd edib ki, bu sərəncam israfın da qismən qarşısını ala bilər: “Bu günlərdə vəzifə tutan məcburi köçkünlərdən biri ilə söhbət etmişəm. Dedi ki, vəzifəyə əmrini alan gün ərizə verərək ona verilən yardımdan imtina edib. Düşünüb ki, işdə yüksək maaş alacaq. Onun yardım almağa mənəvi cəhətdən haqqı yoxdur. Belə adamlar bu gün çoxdur”.

Hadi Rəcəblinin sözlərinə görə, sənəd bəzi neqativ halların qarşısını almağa xidmət edəcək, həm də ünvanlılığı təmin edəcək: “Bundan əvvəl vəsait ümumilikdə işıq, qaz idarələrinə ayrılırdı. Bu məsələyə diqqət yetirmək çətin olurdu. Orada da problemlər olurdu. 20 manat yemək pulu, 15 manat isə enerji resursları ilə bağlı vəsait idi. İndi 36 manat adambaşına nəzərdə tutulub. Bu rəqəmin özü də məqbuldur. Bu eyni zamanda qənaətcilliyə həvəsləndirəcək”.

AzNews.az