Jiriniovski kələm “atəşinə” tutuldu

28 Yanvar 2013 14:35 (UTC+04:00)



Zaldakı qızlardan biri Jirinovskiyə kələm atıb. O, Jirinovskini ukraynifobiyada ittiham edib.

Qız həmçinin bildirib ki, Jirinovski Ukraynada arzuolunmaz şəxsdir. Hadisə baş verən an rusiyalı siyasətçinin mühafizəçiləri qızı zaldan çıxarmağa çalışıblar. Ancaq Jirinovski özünə qarşı belə münasibətə adətkar olduğundan mətbuat konfransını davam etdirib. Öz mühafizəçilərinin fəaliyyətindən narazılığını bildirən liberal-demokratların lideri "Hanı onlar? Mən sizi bura işləmək üçün çağırmışam. Onu burdan çıxarın. Kələmi yaxşı olar ki, bomjlara versin" deyə qışqırıb.

Elnarə
AzNews.az