Bred Pitt və Anjelina Colinin boşanması haqqında film çəkilir - Fotolar

26 Yanvar 2017 19:28 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, filmdə Anjelina və Bredin boşanma səbəbləri də yer alacaq. Ssenari üzərində yazıçı və publisist Yan Qalperin çalışır. O, 2009-cu ildə qalmaqallı bestseller “Brandjelina” kitabının müəllifidir. Məhz həmin kitabda müəllif cütlüyün boşanacağı barədə proqnoz vermişdi. Qalperin əmindir ki, Bred və Ancelina boşanması haqqında rəsmi ərizəni verdikləri gündən bir il əvvəl ayrılıblar.

Sənədli filmin müəllifləri bir çox sirrləri açacaqlarına əmindirlər. Qalperinin sözlərinə görə, onun komandası hələ heç kimin görmədiyi eksklüziv kadrlar əldə edə biliblər.

Yeni filmin adı isə belədir: Broken: The Incredible Story of Brangelina (Boşanma:Brangelina haqda inanılmaz hekayə)