50 ailəyə evlərini tərk eləmək üçün bir neçə saat vaxt verilib - Bakıda - Video

26 Yanvar 2017 20:42 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsi Zığ küçəsi bina 43- də yaşayan sakinlər, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən köçürülməyə etiraz edirlər.

Sakinlərin sözlərinə görə, onlara kirayədə qalmaq üçün ailə başına 200 -300 manat miqdarında pul təklif edilir. Ancaq sakinlər bununla razılaşmır. Sakinlər qəzalı binadan köçürülmə ilə bağlı onlara əvvəlcədən xəbərdarlığın edilməməsindən də narazıdırlar.

Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirdi ki, bina sürüşmə zonasında yerləşdiyi üçün sakinlər köçürülür. Baş verə biləcək hər hansı bir faciənin qarşısını almaq üçün də bütün kommunal xidmətlər dayandırılıb. Sakinlərə köçürüləcəkləri barədə 1 həftə əvvəl xəbər verilib. Nə qədər kirayə pulu veriləcəyi isə hələlik dəqiqləşməyib.