Aygün Kazımova ad gününü belə qeyd edir - Foto + Video

26 Yanvar 2017 22:13 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, müğənninin 46 yaşı tamam olur.

A.Kazımova özəl gününü bu gün təmtəraqlı şəkildə qeyd edir. Şəhər restoranlarından birində baş tutan məclisə sənət aləminin bir çox tanınmış siması dəvət olunub. Tez-tez imicini dəyişən müğənni bu dəfə də görünüşündə dəyişiklik edib.

Məclisə gələn qonaqları salamlayan Aygün 30 ildir sənətdə olduğunu qeyd edib. Xalq artisti bu ilin payızında "Cristal Hall"da konsert verəcəyini vurğulayıb.