Hərbi qulluqçunu maşın vurdu - Bakıda

27 Yanvar 2017 09:39 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə SalamNews-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə təcili tibbi yardım maşını gəlib. Yaralı hərbçi Mərkəzi Hərbi Hospitala aparılıb. İlkin müayinə zamanı S.Hüseynova kəllə-beyin travması və bədənin müxtəlif yerlərində əzilmə diaqnozu qoyulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.