Trampla Putinin danışacağı tarix məlum olub

27 Yanvar 2017 11:58 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, telefon danışığı yanvarın 28-də baş tutacaq.

Tramp cümə axşamı “Fox News” telekanalına verdiyi müsahibəsində tez bir zamanda Rusiya dövlətinin lideri ilə danışacağını bildirmişdi: “Mən qələbə qazananda o mənə zəng vurdu. Biz hələ söhbət etməmişik. Lakin başa düşdüyüm qədərilə, tezliklə danışacağıq.”

Həmin müsahibədə Tramp ABŞ və Rusiya arasındakı münasibətlərin yaxşılaşmasının hər iki ölkənin xeyrinə olacağını vurğulamışdı: “Mən Putini tanımıram. Lakin əgər biz Rusiya ilə münasibətləri nizama salsaq, bu möhtəşəm olar. Bu Rusiya üçün də, bizim üçün də yaxşıdır. Biz birlikdə İŞİD-i məhv edəcəyik.”

Aydan AXUNDOVA