Milli fəala ETTELAAT-da işgəncə verilir
28 Yanvar 2013 15:41 (UTC+04:00)
 Bu müddət ərzində ETTELAAT-ın Təbriz bölməsində işgəncə altında saxlanılan milli fəal cəmi bir dəfə ailəsi ilə əlaqə saxlayıb. 
Bundan əvvəl 2010-cu ildə saxlanaraq 9 ay işgəncəyə məruz qalan hərəkatçı 18 aya azadlıqdan məhrum edilib. 2011-in fevral ayında azad edilən Y.Mehrəlibəyli bu dəfə evinə basqın nəticəsində həbs olunub. 
Həbsindən 20 günə yaxın vaxt keçməsinə baxmayaraq hələ də həbsxanaya göndərilməyən Y. Mehrəlibəyli indiyə qədər 7 dəfə saxlanılıb. Əvvəlki həbslər zamanı da hərəkatçı fiziki və psixoloji işgəncəyə məruz qalıb. Sutkalarla işgəncə edilərək ayaq üstündə saxlanılan Y. Mehrelibəyli yeni GAMOH Mərkəzi Komitəsinin üzvüdür. 
Alpər
AzNews.az