Elman Rüstəmov bank rəhbərləri ilə görüşdü - Manatın taleyi müzakirə olundu

27 Yanvar 2017 13:10 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadla xəbər verir ki, görüşdə Elman Rüstəmov bank rəhbərlərinə bir sıra göstərişlər verib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov görüş barədə bildirib ki, bu, Elman Rüstəmovun kommersiya banklarının rəhbərlərilə ilk görüşü deyil:

“Bu görüşlər mütəmadi xarakter daşıyır. Son vaxtlar milli valyutanın “üzən məzənnə” siyasətinə tam keçilməsi üçün işlər aparılır. Prosesi yekunlaşdırmaq üçün müəyyən danışıqlar gedir, banklarda olan vəziyyət araşdırılır”.

Vahid Əhmədovun sözlərinə görə, bu cür görüşlər Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən də keçirilir: “Hər iki qurum iqtisadi vəziyyəti stabilləşdirmək istəyir. Çünki bank sistemində, manat-dollar münasibətlərində problemlər qalmaqdadır”.