“ATV” kanalının “Yoxladığı” məktəb direktoru öldü

27 Yanvar 2017 14:09 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında tənqidlərin hədəfi olan 171 saylı orta məktəbin direktor müavini Nüşabə Eminova bildirib. Onun sözlərinə görə, Telman Qaraşov veriliş yayımlandıqdan sonra ciddi stress keçirirdi və səhhəti pisləşmişdi. Ötən gün qan təzyiqinin kəskin qalxması nəticəsində xəstəxanaya yerləşdirilən direktor beyin qanaxması keçirirərək dünyasını dəyişib.

AzNews.az