Hərbi bazaya hücum- 50 ölü

27 Yanvar 2017 14:42 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum nəticəsində ən azı 50 Keniya əsgəri həlak olub.

“Partlayıcı qurğu yüklənmiş avtomobil bazanın darvazasına çırpılıb. Sükan araxasında kamikadze olub. Bundan sonra silahlılar bazanın ərazisinə daxil olub və döyüş başlayıb”, -deyə məlumatda qeyd olunub.

Hərbçilər ekstremistlərlə atışmaların hazırda da davam etdiyini bildiriblər.

Aydan AXUNDOVA