“Atamın ölüm səbəbi ATV-dəki veriliş oldu” - Direktorun oğlu danışdı

27 Yanvar 2017 15:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Turqay İstiPress-ə danışaraq bildirib ki, həmin verilişdən sonra atası çox əsəbiləşib.

“Həmin verilişdən sonra atam çox əsəbləşmişdi. Daha sonra isə uşaqların valideynləri atamı əsəbləşdirdi. Həkim dedi ki, əsəbdən insult olub. Atamın ölüm səbəblərindən biri də, həmin veriliş oldu"

Qeyd edək ki, yanvarın 11-də ATV-nin yoxlama verilişi sözügedən məktəbdə yoxlama aparıb və veriliş qalmaqalla yekunlaşıb.