Güclü qar qəzalara səbəb oldu - 6 yaralı - Fotolar + Video

27 Yanvar 2017 18:14 (UTC+04:00)

AzNews.az ARB-ə istinadən xəbər verir ki, Şamaxı-Pirqulu, Şamaxı-Ağsu magistral yolunda vəziyyət ürəkaçan deyil. Yollar buzla örtülüb. Bu istiqamətdə hərəkət edən sürücülər bir xeyli çətinlik çəkib. Qar daha çox Pirqulu, Qızmeydan, Dəmirçilər kəndlərində fəsad yaradıb.

Hər üç kəndə gedən yolda qar səbəbindən qəzalar yaşanıb. Avtomobillərdən ikisi yoldan çıxaraq aşıb, biri isə sürüşərək ağaca dəyib. Qəzalarda 6 nəfər xəsarət alıb. Dağlıq ərazilərdə yerləşən yaşayış məskənlərinə 15-20 santimetrdən çox qar düşüb. Qarın ən çox düşdüyü yer isə Pirqulu qəsəbəsidir ki, bura təxminən 20-25 sm qar yağıb. Bakı -Şamaxı-Yevlax ,Muğanlı-İsmayıllı magistral yolu hazırda işlək vəziyyətdədir.

Lakin qar yağışı davam edir. Və yolun axşam saatlarıda buz bağlama ehtimalı var. Bu səbəbdən sürücülərə sözügedən yoldan mümkün qədər az istifadə etmələri tövsiyyə olunur.