Bakıda ən bahalı mənzil

27 Yanvar 2017 22:06 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, bahalı mənzillərin də qiyməti yerləşməsindən, ölçüsündən asılı olaraq dəyişir:

"Bakıda mənzil bazarında qiyməti 2 milyon, 2,2 milyon manat dəyərində olan mənzillər təklif olunur. Bu mənzillər əsasən şəhərin mərkəzi hissəsində yerləşir".

Ekspert bildirib ki, həmin mənzillərin ölçüsü 300 kvadrat metrdən yuxarı olub. Onun sözlərinə görə, az sayda da olsa, 2016-cı ildə bu cür bahalı mənzillərin alqı-satqısı qeydə alınıb.

Ümumilikdə isə R.Osmanlı bildirib ki, 2016-cı ildə Azərbaycanda mənzil bazarında, xüsusilə təkrar mənzil bazarında periodik olaraq qiymətlərin azalması müşahidə olunub.