Adel bircə çıxışı ilə yarım milyon dollar qazana bilər - Fantastik təklif

27 Yanvar 2017 23:37 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl Las-Veqas şoularından Selin dion, Britni Spirs, Cennifer Lopez çox böyük pullar qazanıb. Adelə isə Veqasın 3 nəhəng kazinosu -MGM, The Venetian və Caesars Resorts əməkdaşlıq təklifi yollayıb.

Hazırda bu kazinolar Adel üçün öz aralarında əməlli-başlı rəqabət aparır. Onlardan biri hətta britaniyalı müğənniyə bir gecə üçün yarım milyon dollar qonorar təklif edib. Təklifə təmtəraqlı penthausda pulsuz yaşamaq və digər xərclər də daxildi.

Dünya turnesindən sonra Adel istirahət etməyi və ailəsi ilə daha çox vaxt keçirməyi düşünürdü. Görəsən, bu fantastik təklif müğənnini fikrindən daşındıra biləcək ya yox?