Qızıl ucuzlaşdı

28 Yanvar 2017 11:13 (UTC+04:00)

AzNews.az "APA-Economics"ə istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,32% - 7 184,49 bəndədək artıb, Fransa CAC-40-ı isə 0,56% - 4 839,98 bəndədək, Almaniya DAX-ı 0,29% - 11 814,27 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,40 dollar azalaraq 1 191,10 dollara, gümüş isə 0,29 dollar bahalaşaraq 17,14 dollara satılıb.