ŞOK: Bakıda qəbirstanlıqdan elə bir şey tapıldı ki... (Video+Foto)

28 Yanvar 2017 12:06 (UTC+04:00)

Anasının məzarı başına gələn şəxs torpaqda gənc ailəyə məxsus fotolar və qara kağıza bükülmüş üzərində ərəbcə yazı olan kağız aşkar edib.

AzNews.az baku.ws-ə istinadən xəbər verir ki, videonu çəkən şəxs şəkildəki insanları tanıyanlara müraciət edib və bunun cadu olduğunu iddia edib.

“Yasamal qəbiristanlığında anamın 3-cü cümə axşamında iş yoldaşlarımla məzarını ziyarətə getmişdik. Anamın dəfn olunduğu yerə yaxınlaşan kimi, gördüm ki, başdaşı tərəfdə torpaq dağıdılıb. İlk ağlıma gələn fikir o oldu ki, yəqin it, ya pişik edib. Amma yaxınlaşıb gördüm ki, qadın ayaqqabısının izi var, şəkildə açıq və aydın görünür. Onda bildim ki, cadu basdırıblar”.