Bakı-Gəncə aviareysi bərpa olunur - Yenilənib

28 Yanvar 2017 16:17 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə reyslər isə cümə və bazar günləri yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) saat 11:05-də uçan təyyarə, Gəncə Beynəlxalq Hava Limanına (KVD) saat 12:05-də enəcək. Gəncədən saat 13:05-də uçan təyyarə isə Heydər Əliyev Beynəlxalq Hava Limanına saat 14:05-də çatacaq. Bakıdan Qəbələyə uçuş saat 16:30-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə - saat 17:25-də. Qəbələdən uçuş - saat 18:15-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 19:10-da”.

Paşa Kəsəmənski deyib ki, daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilib. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyən olunub.

***

15:22

Bakı-Gəncə aviareysi bərpa olunur.

APA-nın məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin müraciəti əsasında fevralın 5-dən Gəncə-Bakı-Gəncə aviareysi bərpa olunacaq.

Həftədə 4 dəfə (bazarertrsi, çərşnənbə, cümə və bazar) olmaqla, uçuşlar "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən həyata keçiriləcək.

AZAL cari il yanvarın 9-dan etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşların dayandırılmasına qərar verib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "APA-Economics"ə açıqlamasında bildirib ki, uçuşlar kommersiya baxımından qeyri-effektivdir və uçuşların dayandırılmasının səbəbi də məhz budur.

AzNews.az