“Cocuq Mərcanlıya köçürüləcək ailələr özlərini dolandırmalıdırlar”

28 Yanvar 2017 15:32 (UTC+04:00)

“Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cocuq Mərcanlı kəndində planlaşdırılan bərpa işlərinin müzakirəsi zamanı baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə 150-200 ailə yerləşdirmək mümkün olacaq: “Ancaq ora köçürüləcək ailələr əkin, biçin, maldarlıqla məşğul olaraq gündəlik təlabatlarını ödəməli, özlərini dolandırmalıdırlar”.

AzNews.az