Donald Trampın oğlu Barron - Fotolarda

28 Yanvar 2017 16:30 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Trampın “hayatımın sevgisi” adlandırdığı Melani onun 5-ci övladını- yəni Barron Trampı dünyaya gətirir. Uşaq onların evləndiyi yerdə, Florida ştatında yerləşən Palm-Biç adasındakı kilsədə xaç suyuna salınır. Barronla onun böyük qardaşı arasında 28 il yaş fərqi var. 60 yaşlı Tramp son beşiyinə daha çox qayğı göstərir. Hündür mərtəbəli evin bir mərtəbəsi Barron üçün ayrılıb, hansı ki, orada ona hər bir şey etməyə , hətta divarlara yazmağa icazə verilir. Barron əvvəl oyuncaqlarla oynasa da, indi isə qolf, tennis, bosketbol kimi idman oyunlarına maraq göstərir.

“O, cox ağılı və enerjili uşaqdır. Onun öz fikirləri var, inadçıdır və nə istədiyini dəqiq biləndir. Mənə elə gəlir ki, o xaraktercə hər ikimizə oxşayır, amma, bu xüsusiyyətlərinə görə isə mən onu “balaca Tramp” adlandırıram. O mənim valideynlərimlə -nənə və babası ilə mənim ona öyrətdiyim sloven dilində danışır. O, bütün elmlərə yiyələnmək üçün isə Nyu Yorkda yerləşən məktəbə gedir. Onun məktəbinə ildə 45 min dollar ödəyirik. Oğlumun təhsildən yayınmamağı üçün mən hələ ki, Ağ Evə getməyi planlaşdırmıram” -deyə Melani ABC News telekanalına müsahibəsində bildirib.