Mikroavtobusda dəhşət - Modelə təcavüz etdilər

28 Yanvar 2017 20:28 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Leventdən İstanbula gəlmək üçün mindiyi mikroavtobus onun tətilini kabusa çevirib. Avtobusda Dianadan başqa heç kəsin qalmadığını görən sürücü K.Erdem avtobusu Türk Telekom Arena stadionunun yanında park edib. Avtobusda tək olduğunun fərqinə varan Diana onu tərk etmək istədikdə evli və iki uşaq atası olan sürücü onu zorlayıb. Bundan sonra qızı qonaq qaldığı evin önündə düşürdüb. Hadisədən sonra fotomodel sürücüdən şikayət edib. Onun 19 ildən 36 ilə kimi həbs edilməsini istəyib. Məhkəmə zamanı özünü müdafiə edən sürücü “Maşını kənara çəkdikdən sonra söhbət etdik. Birlikdə siqaret çəkdik, sonra onun istəyi ilə cinsi əlaqədə olduq. Onu evinin önündə buraxanda mənə əl edərək sağollaşdı” deyib.

R.Diana isə ifadəsində sürücünün onu təhdit etdiyini deyib: "Əlində bıçaqla oturduğu yerdən durub yanıma gəldi. Məni təhdit etdi və heç kimə deməsəm məni öldürməyəcəyini dedi. Qorxudan səsimi çıxartmadım. Sonra ağlamağa başladım. 16 yaşım var idi. Məni düşürdəndə isə incimə, sağ ol".

Məkhəmə zamanı hökm oxunub. Sürücüyə 25 il həbs cəzası verilib.