Bu yollarda sürət həddi endirildi - Siyahı

28 Yanvar 2017 21:22 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyindən AzNews.az-a verilən məlumata görə, Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti - Hava limanı istiqamətində eləcə də Nobel prospekti - Zığ yolu-Hövsan istiqamətlərində bütün zolaqlar üzrə surət həddi 20 km/ saat aşağı salınıb.

Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.