Trampla Putin telefonla danışdı - Yenilənib

28 Yanvar 2017 22:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Siyasətçilər arasında olan söhbət təxminən 45 dəqiqə davam edib. Bu, Tramp hakimiyyətə gəldikdən sonra liderlər arasında olan ilk telefon danışığıdır.

***

21:43

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə D.Trampın mətbuat katibi Şon Spayser “Twitter” səhifəsində bildirib. O, Ağ Evdəki “Oval kabinet”dən şəkil paylaşaraq, otaqda həmçinin Trampın müşavirlərinin də iştirak etdiyini qeyd edib.