Kanallar ikinci Əli Mirəliyev “icad ediblər”

28 Yanvar 2013 18:45 (UTC+04:00)


"Burada və indi" şousunda qonaq olan xalq artisti Səməd Səmədova Əli Mirəliyev adı ilə tamaşaçı zəngi gəlib. Subtitrdə Ə.Mirəliyevin adı yazılsa da, telefonda əslində, başqa adam olub.

AzNews.az-a açıqlama verən müğənni Əli Mirəliyevin bunu təxribat adlandırıb. Onun sözlərinə görə, telekanallara "embarqo" qoyduğundan veriliş rəhbərləri onun obrazını yaratmaq məcburiyyətində qalıb:

"Heç bir vaxt Səməd Səmədovla bir verilişdə çıxış etmərəm. Səməd hara, mən hara? Mən necə deyə bilərəm ki, Səməd Səmədov "super" oxudu? Mən kanallara getmirəm. Çünki Azərbaycan musiqisini biabırçı şəkildə təbliğ olunmasında bir başa televiziya kanalları məsuliyyət daşıyır. Bunun başında kanallar durur. Üzeyir Mehdizadəni harada tanıyırdılar? Kanallar onu bir nömrə edib cəmiyyətə sırıyıb. Cəmiyyətdəki bütün biabırçılıqlar kanallardan gəlir. Mənə o qədər dəvət gəlib, getmirəm. Görəndə ki, getmirəm, əlacları kəsilib obrazımı yaradırlar. Yəqin tamaşaçılardan ikinci Əli Mirəliyev yaratmaq istəyirlər".


Bahar Rüstəmli
AzNews.az