Əbülfəs Qarayev müsabiqə keçirəcək

28 Yanvar 2013 18:00 (UTC+04:00)


Mədəniyyət və Turizm Nazirliyi yeni müsabiqə elan edir. Müsabiqə Azərbaycan Dövlət Rəqs Ansamblı üçün milli geyim nümunələri əsasında səhnə (rəqs) geyimlərinin eskizlərinin yaradılması üzrə keçiriləcək.
Nazirlikdən verilən məlumata görə, müsabiqə geyim eskizləri Azərbaycan milli geyimlərinin xüsusiyyətlərini, formasını, koloritini, tarixi, etnoqrafik və bədii məzmununu özündə əks etdirməli, eyni zamanda müxtəlif rəqslərin ifası üçün funksional spesifikaya malik olan şərtlər əsasında aparılacaq.

Münsiflər heyəti tərəfindən seçilmiş eskizlərin müəlliflərinə aşağıdakı pul mükafatları veriləcək.

1-ci mükafat - 1 yer - 1000 manat
2-ci mükafat - 1 yer - 800 manat
3-cü mükafat - 1 yer- 600 manat
həvəsləndirici mükafat - 3 yer - 200 manat


Bahar Rüstəmli
AzNews.az