Rusiya Müdafiə Nazirinin birinci müavini: Ermənistan Rusiyanın Zaqafqaziyada əsas müttəfiqidir

29 Yanvar 2017 11:57 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, İrəvana işgüzar səfəri çərçivəsində Salikov Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşüb. Ermənistanın milli ordusunun yaradılmasının 25-illiyiylə bağlı naziri təbrik edib. Görüş zamanı iki dövlətin hərbi və hərbi-texniki əməkdaşlığı barədə müzakirə aparılıb.

Görüş zamanı Salikov bildirib ki, Ermənistan Zaqafqaziyada Rusiyanın əsas müttəfiqidir. Həmçinin, iki ölkə arasındakı hərbi əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulandı.

Rusiya Müdafiə naziri Sergey Şoyqunun tapşırığı ilə nazir müavini Rusiyanın Ermənistanda yerləşən Cənub hərbi dairəsinin (Gümri) 102-ci hərbi bazasının tədris prosesini və döyüş hazırlığının təşkilini yoxlayıb.

Səfəri zamanı Salikov 19-cu əsrdə salınan hərbi kazarmanı, hospitalı və digər sosial infrastruktura baxış keçirib. Daha əvvəl Rusiyanın Müdafiə nazirliyi bildirib ki, bazada hərbi qulluqçular yalnız müqavilə əsasında qulluq edəcək.

İşgüzar səfərin sonunda nazir müavini hərbi bazanın ərazisində yerləşən xristian məbədinə Sergey Şoyqunun hədiyyəsini - Qalibiyyət gətirən Georgiyanın ikonunu bağışlayıb.