İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidentini qəbul edib - Yenilənib

29 Yanvar 2017 14:18 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanda iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparıldı, bu islahatların yaxından izlənildiyi qeyd olundu.

Azərbaycan Respublikası Prezidentinin Davosda səmərəli görüşlər keçirdiyi vurğulanaraq, bu görüşlərin dünyada Azərbaycanla əməkdaşlığa olan marağın göstəricisi kimi dəyərləndirildi.

Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrə toxunuldu, bu əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da davam etdirilcəyi əminliklə qeyd olundu.

Daha sonra Azərbaycan-İsrail əlaqələrindən danışıldı, əlaqələrimizin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu bildirildi, İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə səfərinin bu əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın bunda sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

***

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.