Xaçmazda iki nəfər dəm qazından boğuldu

29 Yanvar 2017 12:19 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Qarabağlı kənd sakinləri 1968-ci il təvəllüdlü Tağıyev Namiq Rza oğlu və 1976-cı il təvəllüdlü Mustafayeva Xalidə Yadigar qızı dəm qazından boğularaq ölüb.

Hər iki şəxsin meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.