Azərbaycanda sevgilisi ilə birgə ölən şəxs direktor imiş

29 Yanvar 2017 16:46 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, N.Tağıyev xeyli müddət əvvəldən Bakıya köçüb və işini paytaxtda qurub. O, ara-sıra doğma kəndinə gedirmiş.

Bildirilib ki, N.Tağıyev Bakıda müxtəlif sahələrdə çalışıb. O, bir neçə il əvvəl "Oskar" mətbəəsini yaradıb və bu mətbəənin direktoru olub. Məlum hadisədə N.Tağıyevlə birgə həyatını itirən Xalidə Mustafayeva da həmin mətbəədə çalışıb.