Təqribən 170 iranlının ABŞ-a uçmasına icazə verilməyib - Trampa görə

29 Yanvar 2017 16:56 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair imzaladığı fərmanından sonra ilk günlərin yekunları üzrə IRINN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, aviaşirkətlər kütləvi surətdə İran vətəndaşlarını ABŞ-a olan reyslərə buraxmaqdan imtina edirlər.

Bunların sırasında "Avstriya Hava Yolları", Türkiyə aviaşirkətləri, "Fly Emirates", "Lufthansa", "Qatar Airways" və digərləri var.

Qeydiyyata, hətta ABŞ-da yaşamaq hüququ verən "yaşıl kart"a sahib iranlılar da qeydiyyata buraxılmayıblar. Eyni zamanda, aviadaşıyıcılar İslam Respublikası vətəndaşlarına bilet satışını da dayandırıblar.